O, gecəni xəstəxanada keçirib.
Unikal.org xəbər verir ki, Primetime.az-a daxil olan məlumata görə, tanınmış aktyor Müşviq Şahverdiyev baş rolunu canlandıracağı "Gizlənpaç" filminin çəkiliş meydançasında çətin anlar yaşayıb.
Qəflətən halı pisləşən aktyor, təcili tibbi yardımla Mərkəzi Gömrük Hospitalına aparılıb. Filmin icraçı prodüseri Vüqar Şəfiyev açıqlamasında xəbəri təsdiqlədi: "Hər şey bir göz qırpımında baş verdi.
Çəkiliş zamanı Müşviqin qan təyziqi qalxdı və halı pisləşdi. Təcili tibbi yardım çağırdıq və həkimlər onu Gömrük xəstəxanasına apardılar. Gecəni komanda olaraq xəstəxana keçirdik.
Çox şükür səhərə qədər vəziyyəti yaxşılaşdı. Çəkilişlər ağır olduğu üçün Müşviq telefonlarını sondürüb, bir günlük dincəlmək məcburiyyətində qaldı. Sabahdan tam qüvvə ilə "Gizlənpaç"ın çəkilişləri davam edəcək".