Dövlət çevrilişinə cəhddən sonra diqqətli olmalıyıq. Bir səhvdən sonra başqasını etmək olmaz.
Unikal.org report-a istinadən bildirir ki, bunu Türkiyə baş naziri Binəli Yıldırım Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə keçirdiyi görüşün yekununda mətbuat açıqlama verərkən deyib.
B.Yıldırım dövlət çevrilişinə cəhd zamanı dövlətə göstərdikləri dəstəyə görə, CHP və bir sıra digər partiyalara təşəkkür edib. Baş nazir belə dövrdə ölkənin birləşməli olduğunu bildirib.
Öz növbəsində, K.Kılıçdaroğlu baş verənlərlə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, xalq bu hadisələrdən zərbə alıb. CHP lideri, həmçinin iyulun 17-də baş verən hadisələrlə bağlı ona ətraflı məlumat verdiyinə görə, B.Yıldırıma təşəkkür edib.