Bakı şəhəri, Nizami rayonunda yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı və 4 p.m elektrik naqilləri yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.