Hollivud ulduzu Sandra Bullok artıq uzun müddətdir yeni sevgilisi Brayn Rendalla eyni evdə yaşayır.
Unikal.org-un axsham.az-a istinadən xəbərinə görə, Bullok bundan əvvəlki iki həyat yoldaşı ilə xoşbəxt olmadığını bildirmişdi.
Aktrisa ərinin ona porno ulduzla xəyanət etdiyini demişdi. Boşandıqdan sonra Sandra özünü övladlarına həsr etmişdi.
Hazırda isə o özünü yenidən ərə getməyə hazır hiss etdiyini deyib. O, övladlarının yeni atasının olmasını istədiyini bildirib:
"Bütün münasibətlərimdə özümü çox gözəl aparmışam. Luini övladlığa götürdükdən sonra evimizdə yeni gülüş, şənlik yarandı. Uşaq qəhqəhələri ilə zəngin olan ənənəvi evimiz var. İstəyirəm bu xoşbəxtlik tam olsun.