Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilən bankların niyə bu həddə gəlib çatmasına dair açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatanın qərarına əsasən "Dekabank ASC, "Kredobank ASC, "Parabank ASC və "Zaminbank ASC-nin bank lisenziyaları ləğv edildi.
Buna səbəb bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməmələri, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmamaları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməmələri təhrif edilmiş hesabatları təqdim etmələri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməmələri, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməmələridir.
Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənmişdir.
Bugünkü mətbuat konfransında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının da qeyd etdiyi kimi bu banklar xaric digər bütün banklarda vəziyyət stabildir və bizim nəzarətimiz altındadır.
"Beynəlqxalq Bank və Standard Bankın sağlamlaşdırılması prosesi gedir. Əhalinin digər banklardakı duruma dair narahatçılığına əsas yoxdur. Əmanətləri sığortalanmış vətəndaşlarımıza bildirmək istəyirik ki, dövlət bu əmanətlərin arxasında dayanmışdır".