Azərbaycanın Ukraynadakı keçmiş səfiri, hazırkı diaspor rəhbəri Tələt Əliyev 25 yaşlı ukraynalı keçmiş model ilə evlənib.

Unikal.org musavat.com-a  istinadən xəbər verir ki, 63 yaşlı T. Əliyev artıq rəsmi tədbirlərə Alyona Solyanik adlı gənc xanımı ilə qatılır və bu da oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır.

Xeyli sayda övladı və nəvələri olmasına baxmayaraq gənc ukraynalı xanımla yaşayan T. Əliyev isə bu reaksiyalara əhəmiyyət vermir və həyatından məmnun qaldığını bildirib.

Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. O, buna qədər Ukrayna Azərbaycanlıları konqresinin sədri olub, hazırda isə bu ölkədə azərbaycanlı ağsaqqallar birliyinə rəhbərlik edir, aktiv diaspora rəhbəridir.

Tələt Əliyev 25 yaşlı modellə evlənib -  Fotolar
Tələt Əliyev 25 yaşlı modellə evlənib -  Fotolar
Tələt Əliyev 25 yaşlı modellə evlənib -  Fotolar
Tələt Əliyev 25 yaşlı modellə evlənib -  Fotolar