Azərbaycanda kredit borcu olan müştəri bankı aldatmaq üçün fərqli üsula əl atıb.

Unikal.org  DİN-in saytına istinadən xəbər verir ki, cari il iyun ayının 22-də Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq "Daewoo markalı avtomobilinin alınmasını bildirib.

Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı N.Nəhmədovun "Nikoyl Banka olan kredit borcundan yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilib.