"Beynəlxalq Valyuta Fondu hazırkı vəziyyəti ilə bizim üçün fəlakətdir və Amerika Birləşmiş Ştatları (ABŞ) onun sıralarını tərk etməlidir".
Unikal.org-un "The Huffington Post" elektron nəşrinə istinadən məlumatına görə, bunu NBC telekanalına müsahibəsində Respublikaçılar partiyasından prezidentliyə namizəd, siyasətçidən daha çox qalmaqallı biznesmen və milyarder kimi tanınan Donald Tramp bildirib.
O vurğulayıb ki, hakimiyyətə gələcəyi təqdirdə öz fəaliyyətini Amerikadan kənarda quran böyük şirkətlərə qarşı gəlir vergisini 15 faizdən 35 faizədək artıracaq: "Beynəlxalq Valyuta Fondu hansısa tələbləri xatırladaraq buna mane olacağı təqdirdə biz müvafiq tərəfdaşlıq müqaviləsini yenidən nəzərdən keçirəcəyik və ya bu qurumu tərk edəcəyik".
Nail Cəlil