Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.
Unikal.org-un "Hürriyetə istinadən verdiyi xəbərə görə, prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.
Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: "Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu.