Pakistan taliblərinin lideri Manqal Baqh məhv edilib.

Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bunu Əfqanıstan prezidentinin təhlükəsizlik üzrə müşaviri Hənif Atmar bəyan edib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri faktı təsdiqləyib. Pakistan taliblərinin lideri pilotsuz uçan aparatın endirdiyi zərbə nəticəsində öldürülüb.