İstanbulda Bosfor boğazı üzərində yerləşən Boğaziçi körpüsünə çevriliş cəhdi qurbanlarının adı veriləcək.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

"Hökumətin toplantısında qərara alınıb ki, çevrilişə cəhd zamanı həyatını itirənlərin xatirəsi əbədiləşdirilsin. Bu səbəbdən Boğaziçi körpüsünə "15 iyul Şəhidlər Körpusu" adı veriləcək, deyə B.Yıldırım bildirib.