Türkiyə hökuməti siyasi partiyalarla birgə ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üzərində işləyəcək.
Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.
"Dövlət başçısının siyasi partiyaların liderləri ilə görüşündə Konstitusiyaya cüzi dəyişikliklər edilməsinə dair qənaətə gəlinib. Bu dəyişikliyin əsaslarını hazırlamaq üçün siyasi partiyalarla birgə çalışacağıq, deyə baş nazir bildirib
Qeyd edək ki, iyulun 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüşüb.