Laosun paytaxtı Vyentyanda Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilir.
Unikal.org-un "Reuters" agentliyinə məlumatına görə, görüş Asiya-Sakit Okean Əməkdaşlq Birliyinin sammiti çərçivəsində baş tutub.
Gözlənildiyi kimi, danışıqlarda Suriya və Ukraynadakı vəziyyəti müzakirə edilib, həmçinin regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparılıb.