Nigeriyanın cənub-şərqindəki Akva İbom ştatında dövlətə aid təbii qaz boru xəttində partlayış olub.

Unikal.org Milli.az-a istinadən bildirir ki, Nigeriya polisi partlayışın texniki səhvdən qaynaqlandığını desə də, təbii qaz boru xətlərinə hücumlar təşkil etməklə məşhur olan "Niger deltası İntikamcıları" adlı silahlı qrup hücumu boynuna götürüb.

Silahlı qrupun fevral ayından bu yana ölkənin cənubundakı Delta bölgəsində olan neft yataqlarına hücumlar təşkil etdiyi bildirilir.
Hücumlardan sonra Nigeriyanın gündəlik neft istehsalı 2016 -cı il büdcəsində nəzərdə tutulan gündəlik 2,2 milyon bareldən 1 milyon barelə düşüb.