Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu saxlanılıb.
Bu barədə Unikal.org "TRT Haber" telekanalına istinadən məlumat verir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.