Bu gün gecə saatlarında İrəvanda qiyamçıların ələ keçirdiyi polis idarəsinin yaxınlığında silahlı insident yaşanıb. Təxminən 02:00 radələrində polislərin açdığı atəş nəticəsində İrəvanda polis bölməsini tutan silahlı qrupun iki üzvü Aşot Petrosyan və Ovanes Arutyunyan ayaq nahiyyəsindən yaralanıb.
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə qiyamçıları dəstəkləyən "Təsisedici parlament" təşkilatının yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, yaralanan şəxslər xəstəxanaya çatdırılıblar. Bildirib ki, Artur Sarksiyan adlı şəxs öz avtomobilinə ərzaq məhsulu yığaraq polis mühasirəsini yarıb və qiyamçıların olduğu binaya yaxınlaşa bilib.
Polislər Arturun maşınını atəşə tutsalar da, o, ərzağı qiyamçılara çatdıra bilib. Təşkilat hadisə nəticəsində Arturun yaralanmadığını bəyan edib.
"Təsisedici parlament" xalqı hakimiyyətə qarşı birliyə səsləyib.