Rusiyaya məxsus "SU-24" döyüş təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq.

Unikal.org türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

"Düşünürəm ki, Rusiya təyyarəsi ilə bağlı insident təkrar araşdırılacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay bildirib ki, Rusiyaya məxsus "SU-24" bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib.