ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb. Beləliklə, ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, partiyanın Filadelfiyada keçirdiyi qurultayında baş tutan səsvermə zamanı Klinton tələb olunan 2383 səsi toplayıb.
Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib.
Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.