İrəvanda iyulun 17-də silahlı qrup tərəfindən ələ keçirilmiş polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.

Unikal.org-un "İnterfaksa istinadən verdiyi xəbərə görə, polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələblərinin əks olunduğu plakatları qopararaq, cırıblar.

Qeyd edək ki, ötən gecə atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.