Prezident İlham Əliyev Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org "Report"a istinadən məlumatına görə, sənədə əsasən, otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və "Azəravtoyol ASC-yə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.