Bu gün - iyulun 27-də Ukraynanın Borispol aeroportuna 72 pilotsuz təyyarə və müvafiq avadanlıqdan ibarət, RQ-11B Raven tipli aviasiya sistemləri gətirilib.
Belə sistemlər mərkəzləşdirimiş qaydada idarə olunur. Onlar səmada effektli kəşfiyyat və nəzarətin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.
Unikal.org-un unian.net saytına istinadən məlumatına görə, müvafiq sistemlər Ukrayna ordusuna ABŞ-ın hərbi komandanlığı tərəfindən verilib.
Rəsmi Pentaqon bu il Ukrayna ordusunu modernləşdirilməsinə və yerli hərbi kadrların hazırlanmasına 600 milyon dollardan çox vəsait ayırıb.
Nail Cəlil