Türkiyə üçün Silahlı Qüvvələri Fətullah Gülənin tərəfdarlarından təmizləmək prioritetdir.
Unikal.org-un TGRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin strukturunda islahatlar gözlənilir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.