İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb.
Unikal.org-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.
Xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz zavodunun utilizasiya sahəsində partlayış baş verib.