2016-cı ildə UNO-lar Almaniyada daha çox görünməyə başlayıb. Unikal.org publika.az-a istinadən xəbər verir ki, ümumiyyətlə UNO-larla bağlı müxtəlif fərziyələr mövcuddur.
Naməlum obyektlər və yadplanetlilərə dair dəlillər bütün ölkələrin hökumətləri və siyasətçiləri tərəfindən , xüsusilə də Vaşinqton rəsmiləri tərəfindən gizlədilir.
Belə fərziyyələrdə iddia edilir ki, hökumətlər digər planetlərlə kommunikasiya yaradır, hətta onlarla əməkdaşlıq edir. Ictimaiyyət qarşısında isə bunları rədd edirlər. Belə fərziyyələrin birinə əsasən, hətta hökumətlər insanların yadplanetlilər tərəfindən oğurlanmasına da razılıq verirlər.