Türkiyə Radio və Televiziya Qurumu "TRT" kanalı ilə bağlı yeni qərar qəbul edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevriliş mətninin oxunduğu xəbər studiyasının adı dəyişdirilərək "15 iyul Millət studiyası" olub.
Qeyd edək ki, 15 iyul tarixində Türkiyədə hərbi çevrilişə cəhd edilmişdi, 200-dən çox insan dünyasını dəyişmişdi.