Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd törətməyi planlaşdıran hərbçilər Yunanıstanın Pserimos adasına qaçıblar.
Unikal.org Trend-ə istinadən bildirir ki, hazırda Yunanıstan tərəfi onların tutulması üzrə əməliyyat aparır.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.