Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, Baş nazirin keçmiş müavini Bülənt Arıncın qayınatası Ziya Tay da Fətullah Gülən hərəkatı ilə əlaqədə olduğu üçün vəzifəsindən azad edilib.
Unikal.org lent.az-a istinadən xəbərinə görə, Z. Tay 14 il Səhiyyə Nazirliyinin Manisa vilayətindəki nümayəndəliyinin rəhbəri vəzifəsini tutub, AKP-nin Manisadan millət vəkilliyinə namizəd olsa da, seçilə bilməyib. Z. Tay ilə birlikdə Manisada 150 tibb işçisi vəzifəsindən çıxarılıb. Ümumilikdə isə Türkiyə Səhiyyə Nazirliyi sistemində işdən çıxarılanların sayı 5500-ü keçib.