ABŞ Fətullah Güləni ekstradisiya etməsə Ankara-Vaşinqton münasibətləri pisləşə bilər.
Uinkal.org-un "Al Jazeera Turk"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, ABŞ tərəfindən Gülən hərəkatına istənilən dəstək iki ölkənin dost və müttəfiqlik münasibətlərinə zərər verə bilər.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.