Kilosu 700 funt-sterlinqə (təxminən 1400 manat - red) satılan və Serbiyada istehsal olunan dünyanın ən bahalı pendirinin xammalı eşşək südündən hazırlanır.

Unikal.org modern.az-a istinadən bildirir ki, bir kiloqram pendir əldə edə bilmək üçün 25 litr eşşək südü istifadə edilir.

Eşşək südünün bu qədər bahalılığının səbəbi istehsalının çox az olması və maya dəyərinin çox yüksək olmasıdır. Çünki 140 eşşək sahibi olan Slobodan Simic, yalnız 12 eşşəyin hər zaman süd verdiyini deyir.

Bəs, eşşək südü və pendirini bu qədər xüsusi edən şey nədir? Eşşək südünün inək südündən 60 qat daha artıq vitaminə malik olmasıdır. BBC-dən Kristin Vukoviçin yazdığı xəbərdə eşşək südünə müşayiət edən ən gözəl ləzzətin bir fincan türk qəhvəsi olduğu da vurğulanır.