Mahaçqalada "Layli" banket zalında toy zamanı güclü partlayış baş verib.
Unikal.org-un Rusiya medias; istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir. Bu barədə Dağıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, zərərçəkənlərin əksəriyyəti mətbəxdə işləyən qadınlar olub.