"Prezident çox ciddi islahatlarla start verir" – Operativ şərh
14:23 26-01-2016
CƏMİYYƏT
Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən ölkədə islahatların davam etdiriləcəyini bildirib. O, qeyd edib ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır.
İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov AzNews.az-a açıqlamasında bildirib ki, 2016-ci il Azərbaycanda neftdən asılı olmayan bir büdcə formalaşdırmaq ili kimi tarixə düşəcək: "İslahatlar artıq başlayıb, amma dərin iqtisadi islahatlara da göstəriş verildi. Bu, çox ciddi məsələdir, ciddi addımdır. Yalnız bundan sonra dərin iqtisadi-islahatlara gedə biləcəyik. Buna paralel olaraq struktur və iqtisadi islahatlar aparılmalıdır".
V.Əhmədovun fikrincə, son vaxtlar sərəncam, fərman və qanunlara edilən dəyişikliklər və bir sıra təzə qanunların qəbulu artıq yeni islahatlara doğru atılan addımdır: "Bununla əlaqədar prezidentin göstərişləri var. Azərbaycanın Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi müəyyən işlər aparır. Əsas da idxal, ixrac əməliyyatları, liberallaşma, monopoliya, inhisarçılığı aradan qaldırmaq, struktur idarəetmə və struktur islahatları aparmaq, bir sıra nazirlikləri, komitələri və s. bunları ləğv etmək, yaxud da birləşdirilməsi məsələsinə baxmaq, bank sistemində çox ciddi islahatlar aparmaq, bankların böyük kredit portfelini təmin edilməsinə şərait yaratmaqdır. Əgər biz bu islahatları struktur islahatları ilə paralel aparsaq, çox ciddi inkişafa nail ola biləcəyik".
V.Əhmədov qeyd edib ki, hazırda regionların inkişafı üçün münbit şərait var: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq, yerli icra hakimiyyəti orqanlarının məsuliyyətini artırmaq lazımdır. Rayonlarda bu sektorun inkişafı üçün münbit şərait var".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15