Əkbər Hacıyev yenidən ictimai tənqid hədəfinə çevrildi
09:40 27-01-2016
CƏMİYYƏT
"Azəriqaz" problemi inkar etməklə vəziyyətdən çıxmağa davam edir
Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz" İstehsalat Birliyi yenidən ictimai tənqid hədəfinə çevrilib. Belə ki, əyalət bir tərəfə qalsın, Bakının özündə də əhalinin fasiləsiz qazla təminatı ciddi problem olaraq qalır.
Məsələn, dünən səhər saatlarında xəbər yayılıb ki, paytaxtın Nərimanov rayonunun "Atatürk" prospektindəki bəzi yaşayış binalarında qaz yoxdur. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev faktı təsdiqləyib, qeyd edib ki, dünən axşam saatlarında "Atatürk" prospektindəki qaz xətlərində qəza baş verib. "Yaxın saatlarda işlər yekunlaşacaq",-deyə o bildirib.
Srağagün isə Səbayel rayonu, Arif İsmayılov küçəsinin sakinləri qazın verilməməsinə etiraz olaraq "20-ci sahə"də aksiya keçirirlər. Sakinlərin sözlərinə görə, 200-dək sakin qaz verilişinin bərpa olunmasını tələb edib. Onlar 2 aydan çoxdur qazın verilmədiyini deyirlər.
Hadisə yerinə Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri və polislər gəlib. İcra hakimiyyətinin nümayəndələri "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxlayıblar. Birlikdən ərazidə təmir işləri aparıldığını, amma axşama qədər qazın veriləcəyini söyləyiblər.
Maraqlıdır ki, elə dünən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev şaxtalı havada mavi yanacağın verilişində heç bir məhdudiyyətin olmadığını deyib.
Halbuki başda Yasamapl olmaqla Bakının bir sıra ünvanlarında qazın verilişində yaranan problemlər üzündən hətta qazanxanalar belə işləmədiyindən vətəndaşlar ciddi problemlər yaşayıblar. Sosial şəbəkələrdə onlarca vətəndaş qazın təzyiqinin aşağı olmasından və ya ümumiyyətlə verilməməsindən şikayətlərini ifadə ediblər.
"Azəriqaz" isə ənənəçsinə sadiqdir. Əkbər Hacıyevin rəhbərlik etdiyi qurum həmişəki kimi, problemlərin mövcudluğunu inkar etməklə vəziyyətdən çıxmağa çalışır.
Elvin
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15