Hindistanın Bhivandi şəhərində yaşayış binası uçub.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər ölüb. Polisin məlumatına görə, dağıntılar altında insanların qaldığı ehtimal edilir.

Məlumata görə, bina qəzalı vəziyyətdə olub. Hadisə yerində xilasedici işlər davam edir.

Qeyd edək ki, iyulun 31-də Bhivandi şəhərində 3 mərtəbəli yaşayış evinin uçması nəticəsində 8 nəfər həyatını itirmişdi. Bhivandı Mumbay şəhərindən 20 km şimal-şərqdə yerləşir.