Məşhur müğənni və aktyor Kerem Cemin Tvitter hesabı "Ayyıldız Tim adlı haker qrupu tərəfindən ələ keçirilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakerlər 38 yaşlı müğənninin hesabında 15 iyul - hərbi çevrilişə cəhd hadisələri ilə bağlı status paylaşıblar:
"Günlər sonra çevrilişə yox de. Saxtakarsan, - deyə yazılan statusa "AyyıldızTim haştaqı yazılıb.
Haker qrupunun məşhurların sosial media hesablarına hücumlarının davam edəcəyi gözlənilir.