AMB-dən Unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 9-u ilə müqayisədə 0,22% artaraq 1,6040 manat səviyyəsində qalıb.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,8% möhkəmlənərək 1,7886 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,4% bahalaşaraq 0,0248 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,86% möhkəmlənərək 0,5412 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0958 manatdır. Beləliklə, funt sterlinq 0,74%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,34% artaraq 0,6834 manat təşkil edib