Kişi idmançıların mübarizəsində cüdoçumuz Uşanqi Kokauri qələbə qazanıb.

Unikal.org xəbər verir ki, +100 kq çəki dərəcəsində tatamiyə çıxan təmsilçimiz mübarizəyə 1/16 finaldan qoşulub. 
Avropa çempionatının bürünc medalçısı mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gəlib. 
Döyüş cüdoçumuzun təmiz qələbəsi ilə yekunlaşıb. Kokauri ipponla mərhələ adlayıb.