O bildiribki, dəmir yolunda ilk gördükləri iş qurumun binasının təmiri ilə bağlıdır:"1956-cı ildə təhvil verilmiş binanın demək olar, yenindən qurulmasına nail olmuşuq. Bu gün dəmir yolunun binası respublikamızda ən gözəl binalardan biridir. Həmçinin hazırda dəmir yolunun mərkəzi vağzalının təmiri ilə məşğuluq. Allah qoysa, bu ilin sonunadək təmir işlərini başa çatdıracağıq. O cümlədən, həm Biləcəri, həm Sumqayit, həm dəkeçmiş "Əzizbəyov indiki "Koroğlu stansiyalarından keçməklə Bakı sərnişin stansiyasına gəlmək üçün olan dairəvi yolun bərpasını təmin edəcəyik. Bundan əlavə,dəmir yolunun Bakıdan-Gürcüstan sərhədinə qədər olan hissəsinin həm kontakt şəbəkəsinin, həm rabitə və işarəetmə sisteminin, həm də yolun yenidən təmir edilməsi ilə məşğuluq. Bu gün 700 km-ə yaxın yol təmir edilib. Əgər əvvəl həmin yolda sürət 33 km/saat idisə, indi bu 55 km/saata çatdırılıb. Dəmir yolu üçün 3100 yeni vaqon alınıb və bütün lokomotiv parkı 30%-ə qədər yenilənib.
Qurum rəsmisi kadr islahatlarının aparıldığını da söyləyib:"Bu günə qədər müxtəlif yerli və xarici universitetləri bitirmiş 200-ə yaxın gənci xüsusi test imtahanları vasitəsi ilə yoxlandıqdan sonra işə qəbul etmişik. Orta aylıq əməkhaqqını isətəqribən 150 manat civarında artırmışıq.