Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları davam edir.Apasport.azsaytının məlumatına görə, 17 gün davam edəcək 4 illiyin ən möhtəşəm yarışında Azərbaycan 56 idmançı ilə təmsil olunur.
Artıq millimizin 28idmançısı mübarizəyə qoşulub. Onlardan 23-üOlimpiadada çıxışını başa vurub. Komandamızın heyətində hələlik Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazanıb.
Digər 5idmançı isə yarışı davam etdirir.
Boks
Rüfət Hüseynov (49 kq) - ilk döyüşdə uduzub
Albert Səlimov(60 kq) - 1/4 finalda məğlub olub
Kamran Şahsuvarlı (75 kq) - 1/4finala yüksəlib
Teymur Məmmədov (81 kq) - 1/4 finala yüksəlib
Abdulqadir Abdulayev (91 kq) - 1/4 finalda məğlub olub
Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finala yüksəlib
Cavid Çələbiyev (56 kq) - ilk döyüşdə uduzub
Pərviz Bağırov (69 kq) - ilk döyüşdə uduzub
Lorenzo Sotomayor (64 kq) - 1/8 finala yüksəlib
İdman gimnastikası
Oleq Stepko - fərdi çoxnövçülük üzrə final mərhələsində 22-ci yer
Petro Paxnyuk - 34-cü yer
Cüdo
Orxan Səfərov (60 kq) - 5-ci yer
Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub
Rüstəm Orucov (73 kq) - gümüş medal qazanıb
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yeri tutub
Elmar Qasımov (100 kq) - gümüş medal qazanıb
Uşanqi Kokauri (+100 kq) - 1/8 finalda məğlub olub
Kaneo və kayak
YureMeqliç (kanoe-slalom) - yarımfinalda 15 nəfər arasında 14-cü yer
Akademik avarçəkmə
AleksandrAleksandrov - Boris Yotov (akademik avarçəkmə, 2000 m) - 12-ci yeri tutub
Kamandan oxatma
Olqa Senyuk - 1/32 finalda uduzub
Güllə atıcılığı
Ruslan Lunyov
10 m - 15-ci yer
25 m -I mərhələdə 14-cü olub
Qılıncoynatma
Səbinə Mikina (sablya) - ilk görüşdə (1/16 final) uduzub
Velosiped idmanı
Yelena Pavluxina (şosse) - 35-ci yer
Maksim Averin (şosse) - finişə çata bilməyib
Atletika
Anna Skidan (çəkicatma) - 13-cü yer
Üzgüçülük
Fatimə Alkərimova (100 m məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 m arxası üstə üzmə) - 26 iştirakçı arasında 26-cı yer