Psixi cəhətdən sağlam olmayan Şeffild universitetinin tələbəsi Çjan Bukinqem sarayında həbs edilib.
Unikal.org modern.az-a istinadən bildirir ki, onun ayaqqabısında qatlama bıçaq tapılıb.
Çjan deyib ki, Saut-Yorkişadan Londona Bukinqem sarayına daxil olub kraliça II Yelizavetanı öldürmək üçün gəlib.
O, məhkəmə qarşısına çıxarılıb. Kraliçanın həyatına təhlükə ittihamı tələbənin psixoloji probleminə görə "azaldılıb". Ancaq silah saxlamada təqsirkar bilinir. İşin davamına sabah baxılacaq.