AXCP sədrinin müşaviri Məmməd İbrahim atasının yasında iştirak etmək üçün xüsusi icazə ilə həbsxanadan evə buraxılıb. 

Unikal.org bildirir ki, bu barədə Lent.az-a onun oğlu məlumat verib.

Məlumatda bildirilir ki, M.İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb və Yevlaxa atasının yas mərasiminə gedir.

Qeyd edək ki, M.İbrahimin atası sentyabrın 4-də vəfat etmişdi.