Suriyanın şimalında Türkiyə ordusuna məxsus tank vurulub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

"Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb", məlumatda deyilir.

Qeyd edək ki, "Azad Suriya Ordusu" Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb