Tehranda, minlərlə adam Səudiyyə Ərəbistanının Həcc ziyarətini təşkil etməsinə qarşı nümayiş keçirib.
Bu il Səudiyyə Ərəbistanı 64 min İran zəvvarına yer ayırdığını elan etsə də, İran Məkkəyə zəvvar göndərməyib- İran hesab edir ki, Səudiyyə Ərəbistanı təhlükəsizlik qaydalarına yaxşı əməl etmir. Belə ki, keçən il Məkkədəki qəzada 2300 zəvvar həlak olmuşdu.
Unikal.org azadliq.org-a istinadən bildirir ki, iranlılar sentyabrın 9-da keçirdikləri nümayişdə Səudiyyə Kralı Salmanı şəklini qaldırıblar- şəkildə onun başı ABŞ bayrağına bükülüb, onun köynəyinin üstünə İsrail bayrağının üstündəki işarəni xatırladan mavi David nişanı əks olunub.
"Səudiyyə Allaha aparan yolu bağlayıb və bu cinayət cəzalanmalıdır", nümayişçilərdən biri deyib.
Nümayişçi Habibullah Abulfazli deyib ki, onların Səaudiyyə xalqı ilə problemi yoxdur: "Amma Al-Saud ailəsi Böyük Britaniya və ABŞ-ın oyuncağıdır. Onlar şiələr və bütün müsəlmanlara qarşı gizli müharibə aparırlar".
İranlılar bütün müsəlmanlara səslənib, 2300 zəvvarın ölümünə görə Səudiyyəni cəzalandırmağa çağırıblar.
Həmin hadisə vaxtı 464 iranlı həlak olmuşdu.