Əhməd Kadırov Fondu Qurban bayramında Çeçenistan və qonşu bölgələrdə yaşayan imkansız ailələrə 60 min qoyun və 100 dəvə paylayacaq.
Unikal.org "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Ramzan Kadırov bildirib.
"Aztəminatlı ailələrə yardım məqsədi ilə 60 min qoyun, 100 dəvə və çoxlu sayda iribuynuzlu mal-qara alınıb. Dağıstan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Stavropol diyarı, Qaraçay-Çərkəz, Adıgey, Rostov vilayəti, Kalmık, Həştərxan vilayətinə artıq 30 min qoyun göndərilib", - deyə Kadırov İnstaqramda bildirib.