Azərbaycanda məhkum ölümü baş verib.
 
Unikal.org apa-ya istinadən xəbər verir, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Novruz Novruzov qəfildən dünyasını dəyişib.
 
Jurnalist Əvəz Zeynalı bildirib ki, N. Novruzovla bir yerdə həbsdə olub: "Çox sağlam adam idi. Onun qəfil ölümü mənə çox pis təsir etdi.
 
Qeyd edək ki, N. Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.