Gənc qız ona xəyanət edən sevgilisindən qisas almaq istəyərkən pis vəziyyətə düşüb.

Unikal.org xəbər verir ki, əlinə keçəni oğlanın maşınına çırpan qız öz aləmində sevgilisini pərt edəcəyini düşünür. Ancaq qarşılaşdığı vəziyyət onu şoka salır.
 
Oğlan gələndən sonra öz maşınına minib aradan çıxır. Sən demə, qız kefiri, yoqurtu başqasının maşınının üstünə tökürmüş. Yan-yana iki eyni maşın dayandığından xəyanətə uğrayan qız çaşır.
 
Bu an "qəzaya uğrayan" maşının sahibi gəlib çıxır. Nə deyəcəyini bilməyən qız da qaçaraq hadisə yerindən uzaqlaşır. (publika.az)