Rusiya Federal Təhlükəsizlik Xidmətinin "Alfa xüsusi təyinatlı dəstəsinin eks-komandiri Yuri Torşin ölüb.

Unikal.org xəbər verir ki, Torşin motosikletinin qəzaya düşməsindən sonra vəfat edib.

Onun motosikleti Çeçenistan Prezidenti Ramzan Kadırovun şəxsi mühafizəsinin rəisi Əbuzeyd Vismuradovun motosikleti ilə toqquşub. Vismuradov hazırda xəstəxanaya yerləşdirilib və kəllə-beyin travması alıb.

Qeyd edək ki, Torşin Əfqanıstan müharibəsi, MDB-nin müxtəlif konflikt zonalarındakı savaşlarda, Çeçenistan müharibələrində iştirak edib. O, həmçinin çeçen mücahidlərinin qətlində əsas aktiv iştirakçılardan biri olub.