Belçikada gözəllik müsabiqəsinin qalibi Ayşe Akın Türkiyəyə köçdükdən sonra burada müğənnilik və aktrisalığa başlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə serialda rol almış, 23 yaşlı müğənni-aktrisa, daha bir kinoya çəkilib. O 7 oktyabrda nümayiş etdiriləcək "Karvan 1915 filmində də oynayıb.
Digər tərəfdən yeni mahılar üzərə çıxarmaq üçün çalışan gənc ifaç maraqlı açıqlamalar verib. O deyib ki, seksi olmaq üçün çalışmır:
"Cəlbedici olmamaq üçün xüsusilə cəhd edirəm. Həmişə yaşımı olduğu kimi göstərmək istəmişəm.
Ayşə gözəlliyinin başına dərd olduğunu və buna görə gecələr evdən çıxmadığını söyləyib:
"Əylənmək istədiyimdə Belçikadakı dostlarımın yanına gedirəm. Türkiyədə çöldə çox görünməmək üçün yeni dostluqlar da qurmuram.