Türkiyənin baş nazir Binəli Yıldırım bu gün Ağrının Doğubeyazit vilayətinə gedərək terrorda şəhid olanların ailələrinə başsağlığı verib.
Unikal.org-un"Posta qəzetinə istinadən verdiyi məlumata görə, baş nazirin şəhidlərdən birinin qardaşı və oğlu ilə görüşündə onlara qayğı göstərməsi sosial şəbəkələrdə insanlar tərəfindən bəyənilib. Onun bu hərəkəti alqışla qarşılanıb.
Qeyd edək ki, PKK terror təşkilatı sentyabrın 16-da Ağrı şəhərinin Tendürek dağında gözətçilərin klubuna silahlı hücum təşkil edib. Hadisə nəticəsində 8 gözətçi şəhid olub.