Nərimanov rayonunda da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə prosesi başlayıb.

Nərimanov İcra Hakimiyyətindən Unikal.org-a daxil olan məlumata görə, rayon dairə seçki komissiyalarının tərkibində olan seçki məntəqələri bütün zəruri texniki avadanlıqla təmin edilib. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 469 nəfərdir.