Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.
Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, D. Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
D. Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bakı İstintaq Təcridxanasından bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D. Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.
Qeyd edək ki, sabiq deputat D. Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. "Globus Plaza"nın sahibi olan D. Xəlilov dələduzluqda təqsirləndirilir.